Biri yeni evlənmişdi-İki qardaşın FACİƏLİ ÖLÜMÜ-FOTO

14:34 26.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda dəm qazından zəhərlənərək vəfat edən tələbə ilə birgə onun qardaşı da həyatını itirib.

Hafta.az xəbər verir ki, hadisə Nərimanov rayonunda, PYİA38/10 ünvanında qeydə alınıb.

Həmin evdə kirayə yaşayan, Əli və Sərxan Həsənov qardaşlarının meyiti tapılıb. Onların dəm qazından zəhərlənərək öldükləri bildirilir.

Məlumata görə, qardaşlardan yanvarın 25-dən xəbər olmayıb. Qohumları onların yaşadığı evə gəlib, evin pəncərəsini çöldən açaraq içəri daxil olublar. Onlar iki qardaşın meyitlərini aşkar ediblər. Vurğulanıb ki, onlardan biri bir qədər əvvəl ailə həyatı qurub, digəri isə tələbə olub.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.