Həm Avstraliyada, həm də Fələstində iki nəfər vəhşi heyvanlar tərəfindən vəhşicəsinə öldürülüb. Fələstində şir balaca uşağı diri-diri yeyib, Avstraliyada isə kişi timsahın mədəsindən çıxıb.
Avstraliyada dostları ilə göldə balıq tutarkən qəfil yoxa çıxan şəxsin taleyinə aydınlıq gəlib. Şənbə günündən bəri hər yerdə axtarılan Kevin Darmody sonuncu dəfə duzlu su timsahlarının yaşayış yeri kimi tanınan Kennedy's Bend-də görülüb.
İki gün ərzində ərazidə axtarış aparan polis iki böyük timsahı evtanaziya edərək insan bədən hissələrini tapıb. Qalıqların kimliyi hələ müəyyən edilməyib, lakin polis bunun 65 yaşlı adamın axtarışlarının “faciəli son” olduğunu bildirib.
Sürünənlərdən yalnız birinin içərisində insan qalıqları tapılıb, lakin vəhşi təbiət rəsmiləri hər ikisinin də iştirak etdiyini düşünürlər.
Digər tərəfdən Fələstində daha bir dəhşətli hadisə yaşanıb. Hadisə anında kameraya əks olunan görüntülər qanı dondurub. Fələstin zooparkının qoruyucu hasarını aşması xəbəri yayılandan sonra uşaq aslan tərəfindən öldürülüb.
Hadisə yerindən çəkilən kadrlar faciəvi şəkildə qəfəsin məhəccərlərində qan ləkələrini aşkar edib və oğlanın qoruyucu hasardan keçərək oradan çıxdığı bildirilir.
Polisdən verilən açıqlamada ailə hadisələrin şahidi olduqlarını bildirib və övladlarının aslana yaxınlaşdığını görmədiklərini iddia ediblər. Hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlanılıb.