Silahlı münaqişədən zərər çəkmiş insanlara ünvanlanmış "We are here to help" (“Biz kömək etmək üçün buradayıq”) Polşa-Azərbaycan layihəsinə yekun vuran konfrans keçirilib.
Hafta.az-ın yazdığına görə, layihə 2021-2022-ci illərdə ADRA Polşa və ADRA Azərbaycan Fondları tərəfindən Polşa Xarici İşlər Nazirliyinin Polşanın inkişaf əməkdaşlığı proqramı - Polşa Yardımı çərçivəsində həyata keçirilib.

Layihə mülki əhaliyə və hərbi əməliyyatların nəticələrindən zərər çəkmiş insanlara dəstək olmaq məqsədi daşıyıb və ora reabilitasiya, psixoterapiya, fizioterapiya, əmək terapiyası, nitq və nitq patologiyası, davranış terapiyası və koqnitiv terapiya, tibb işçiləri üçün treninqlər daxil idi. Hətta mavi ekran da iştirakda yer alıb - bunların hamısı zərərçəkmişlərin layihədə iştirakına və müharibə zədələri ilə vidalaşmasına kömək edib. Bu proqrama əsaən zərərçəkmişlərin həyat keyfiyyətini və rifahını yaxşılaşdırmaq, həmçinin fiziki və ruhi ağrıları azaltmaq, daha yaxşı sabaha inamını bərpa etmək planlaşdırılmışdı.

Layihə çərçivəsində ümumilikdə 2 mindən çox Azərbaycanlı benefisiar (veteranlar, onların ailələri və hərbi əməliyyatların nəticələrindən zərər çəkmiş digər şəxslər daxil olmaqla) müxtəlif növ yardımlar alıb.
Bakıda keçirilən yekun konfransda layihəni dəstəkləyən qurumların (Azərbaycan Respublikasının Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Nizami, Xəzər və Pirallahı rayonlarının icra hakimiyyətləri, Polşa səfirliyi) nümayəndələri və həyata keçirilməsində iştirak edən tibb müəssisələri (Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Suraxanı Reabilitasiya Mərkəzi) yer alıblar.