Blinken Qırğızıstana xəbərdarlıq məktubu yazıb

19:58 08.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ dövlət katibi Antoni Blinken Qırğızıstan prezidenti Sadır Japarova məktub yazaraq, respublikada xarici agent qanunlarının tətbiqinin təhlükələri barədə Bişkekə xəbərdarlıq edib. Bu barədə “Kommersant” yazır.

Məktubda deyilir: “Bəzi amerikalı tərəfdaşlar bu qanundan o qədər narahatdırlar ki, onlar Qırğızıstandakı əməliyyatları qabaqlayıcı şəkildə dayandırmağı düşünürlər”.

O, prezidenti bu narahatlıqları ölkə parlamentinin rəhbərləri ilə müzakirə etməyə çağırıb. O, həmçinin

Qırğızıstanla ABŞ arasında münasibətlərin möhkəmlənməsinə ümid etdiyini bildirib.