BMT elan etdi: “Münaqişələr cinsi zorakılığı artırır”

09:46 25.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin münaqişə zonalarında cinsi zorakılıq üzrə xüsusi nümayəndəsi Pramila Patten baş katib Antonio Quterreşin münaqişə ilə bağlı cinsi zorakılığa dair 15-ci illik hesabatını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, münaqişələrdə misli görünməmiş bir artım olduğuna diqqət çəkən Patten, "Qadın və uşaqlar aclıqdan ölərkən, dünya səviyyəsində hərbi xərclər 2,2 trilyon dollar keçdi. Humanitar yardım büdcələri kəsilərkən, cinayətkarlara silah axını davam edir” deyib. Patten hesabatda qeyd edib ki, BMT 2023-cü ildə münaqişə ilə bağlı 3688 cinsi zorakılıq hadisəsi qeydə alıb. Münaqişələrdə cinsi zorakılıq hadisələrinin bir əvvəlki ilə nisbətən yüzdə 50 artdığını ifadə edən Patten, cinsi zorakılığın xüsusilə qadın və uşaqlara təsir etdiyini, təsdiqlənmiş hadisələrin 95 faizinin qadın və uşaqlarla əlaqəli olduğunu, qurbanların isə yüzdə 32-nin uşaq olduğunu qeydedib. Patten Yaxın Şərqdəki münaqişələrin qadın və qızlara təsirinə diqqət çəkərək, bu insanların köçkünlük, travma və terrorla mübarizə apardıqlarını, Həmas-ın hücumları və Qəzzada davamlı bombardmanların qurbanı olduqlarını izah edib.

Xüsusi nümayəndə Patten, "İşğal altındakı İordan çayının qərb sahilində BMT-nin təsdiqlədiyi məlumata görə, oktyabrın 7-dən sonra İsrail qüvvələri tərəfindən həbs edilən və nəzarətə alınan qadın vəkişilər cinsi zorakılıq da daxil olmaqla pis rəftara məruz qalırlar. Qəzza ilə bağlı da oxşar iddialar var” deyərək əlavə edib ki, Qəzzada təcili atəşkəs elan olunmalı, mülki şəxslərin müdafiəsi və məhbusların azad edilməsi sürətləndirilməlidir.

"Çıxışlarımızda cinsi zorakılıq törədən cinayətkarların tədarük zəncirlərini qidalandırmağa davam edə bilmərik" deyib Patten.

Oxunma sayı 64
Siyasət rubrikasından digər xəbərlər