BMT-nin baş katibindən Kiyev və Moskvaya çağırış - “hamının hamıya”

10:46 19.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

BMT gözləyir ki, Moskva və Kiyev “hamının hamıya” formatında məhbusların mübadiləsinə dair razılığa gələcək.

Hafta.az bildirir ki, təşkilatın baş katibi Antonio Quterreş RİA Novosti-yə müsahibəsində bildirib.
“Əsirlərin dəyişdirilməsi müsbət haldır. Bu, məhbusların özlərinin, ailələrinin iztirablarını azaldır. İfadə etdiyim mövqe ondan ibarətdir ki, ideal olaraq bu, bir çox insanın həyatındakı bu dramı aradan qaldırmaq üçün “hamının hamıya” prinsipi yaxşı olardı”, o vurğulayıb.

BMT-nin bu cür mübadiləni asanlaşdırmağa hazır olub-olmaması ilə bağlı sualı cavablandıran baş katib deyib: “Adətən biz əsirlərin mübadiləsində iştirak etmirik – bu, BQXK-nın preroqatividir. “Əlbəttə, biz istərdik ki, Rusiya və Ukrayna bu məsələdə mümkün qədər geniş razılaşma əldə edə bilsin”, - o əlavə edib.