BMT-nin İstanbuldakı Koordinasiya Mərkəzinə nümayəndəsi təyin edilib

22:33 27.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

BMT ABŞ vətəndaşı Frederik Cey Kennini İstanbuldakı taxıl ixracı üzrə Birgə Koordinasiya Mərkəzinə müvəqqəti nümayəndəsi təyin edib.

Hafta.az xəbər verir ki, bunu BMT-nin baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq brifinqdə deyib.

"O (Kenni - red.) bizim müvəqqəti nümayəndəmiz olacaq, BMT-nin səylərinə rəhbərlik edəcək və tərəflərin səylərinə töhfə verəcək", - deyə F.Haq bildirib.