BMT-nin missiyası Qarabağa gəlib

10:10 01.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

BMT-nin missiyası Qarabağa gəlib.

Hafta.az apa-ya istinadən xəbər verir ki, missiyanın üzvləri bu gün səhər saatlarında Ağdamdan keçərək, Əsgəran-Xankəndi istiqamətində hərəkət edib.

Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir.

Missiyanın tərkibinə BMT-nin müxtəlif qurumlarının nümayəndələri daxildir.

Qeyd edək ki, BMT missiyası Qarabağda sonuncu dəfə təxminən 30 il əvvəl olub.apa