Boksçumuz Almaniyada gümüş medal qazanıb

19:15 02.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan boksçusu Sübhan Babayev Almaniyanın Frankfurt şəhərində gənclər (U-19) arasında keçirilən “Brandenburq Kuboku”nda final görüşünə çıxıb.

Hafta.az xəbər verir ki, 60 kiloqram çəkidə çıxış edən yığma üzvü həlledici görüşdə Ellisbey Selimlə (ABŞ) üz-üzə gəlib.

Görüş rəqibin qələbəsi ilə başa çatdığından Babayev gümüş medala sahib olub.