Bolqarıstan Aİ-nin Ukrayna üzrə təlim missiyasında iştirak edəcək

21:35 09.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Bolqarıstan Avropa İttifaqının Ukrayna ordusu üçün təlim missiyasında (EUMAM) iştirak etməyə razılaşıb. Bu barədə Bolqarıstanın Milli Televiziyası (BNT) hökumətin qərarına istinadən xəbər verir.

Nazirlər Şurası Bolqarıstanın EUMAM-da iştirakını Sofiyanın Aİ-nin ümumi təhlükəsizlik və müdafiə siyasətinə və xüsusən də Ukraynaya hərbi yardım missiyasına “açıq dəstəyin əlaməti” adlandırıb.

Daha əvvəl məlum olub ki, Aİ yeni təlim missiyası çərçivəsində 15 minə qədər ukraynalı hərbçiyə təlim keçməyi planlaşdırır. Ukrayna Silahlı Qüvvələrinin ilk 3 min əsgərinin komandirlər üçün taktiki döyüş hazırlığı və ya mühəndislər üçün kurslar keçməsi planlaşdırılır. Təlim fəaliyyətləri Avropa İttifaqının Hərbi Yardım Missiyası (EUMAM) adlanacaq.