Boşanmış uşaqlı atalar da aliment alacaqlar

10:20 31.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Federasiya Şurası anadan (keçmiş həyat yoldaşından) məhkəmədə aliment ödənilməsini tələb etmək üçün doğulduğu gündən üç il ərzində ortaq uşağa qulluq edən ataların hüququ haqqında qanunu təsdiqləyib.

Hafta.az-ın yazdığına görə, artıq ər-arvad cinsindən asılı olmayaraq bir-birinə maddi dəstək verməyə borcludurlar. Dəstəkdən imtina edildikdə və ya keçmiş ər-arvad arasında alimentin ödənilməsinə dair razılaşma olmadıqda, alimentin məhkəmə qaydasında ödənilməsini tələb etmək hüququ yaranır.

Mövcud qanuna görə, bu hüquq yalnız qadınlara məxsusdur. Həmçinin qanunda qadının uşağa baxıb-baxmaması göstərilməyib.

Yeni qanuna görə, həm keçmiş ər, həm də keçmiş arvad birgə uşağa baxdıqları halda bu hüquqdan istifadə edə biləcəklər.