BP “Rosneft”dəki payından imtina edib

23:19 27.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniyanın BP neft şirkəti Rusiyanın “Rosneft” şirkətinin 19,75%-lik payından imtina etdiyini bildirib.

 

Hafta.az TASS-a istinadən xəbər verir ki, buna səbəb Rusiyanın Ukraynaya hücumu göstərilir.

 

Qeyd edək ki, BP “Rosneft” şirkətində 19,75%-lik paya sahibdir. Bundan əlavə, BP-nin baş icraçı direktoru Bernard Luni “Rosneft” direktorlar şurasını dərhal tərk edib.