Braziliya 1999-cu ildən bəri Rusiyadan ilk uran partiyasını alır

19:39 04.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Braziliya 1999-cu ildən bəri ilk dəfə Rusiyadan təbii və zənginləşdirilmiş uran partiyasını alıb. RİA Novosti-nin Braziliya statistikasına istinadən verdiyi məlumata görə, ölkə 27,1 ton zənginləşdirilmiş və 26,9 ton təbii urana görə 72 milyon dollar ödəyib.

Çatdırılmalar Rosatom ilə Braziliyanın INB şirkəti arasında 2022-ci ildə bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqaviləyə əsasən, Rusiya 2023-cü ildən 2027-ci ilə qədər Braziliyadakı yeganə Angra Atom Elektrik Stansiyasını zənginləşdirilmiş uranla tam təmin edəcək.

Bundan əvvəl Braziliya uranı Böyük Britaniya, Qazaxıstan, Kanada, Almaniya, İsveç və ABŞ-dan alırdı. “Rosatom”la müqavilə imzalandıqdan sonra digər ölkələrdən uran idxalı dayandırılıb.

Rusiya və Braziliya 1993-cü ildən nüvə sahəsində əməkdaşlıq edir. Rosatom Braziliyanın nüvə təbabəti üçün izotop məhsullarının əsas tədarükçüsüdür və nüvə yanacaq dövrü üzrə tərəfdaşlıqları inkişaf etdirir.