Braziliya millisinin sabiq futbolçusu bəraət aldı

16:38 28.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zorlamada ittiham olunan "Barselona"nın və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş bəraət alıb.

Hafta.az xəbər verir ki, İspaniya Ali Məhkəməsinin Cinayət Kollegiyası zərərçəkmiş şəxsin ifadəsindən başqa, ciddi təqsirli sübutların olmaması səbəbindən birinci hökmü (4,5 il həbs) ləğv edib.

Alveş təcavüzə görə 4,5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bir il həbsdən sonra Barselona məhkəməsi keçmiş futbolçunu hökmdən apellyasiya şikayətinə qədər 1 milyon avro girov müqabilində azadlığa buraxıb.