Brent nefti 21 ilin antirekordunu yenilədi

12:24 22.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

London birjasında Brent nefti XXI əsrdə ilk dəfə 16 dollardan aşağı qiymətə satılır.

Hafta.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda onun qiyməti 15,99 dollara düşüb.

Sonuncu dəfə Brent nefti 1999-cu ildə qeydə alınıb. Birjanın açılışında barreli 18,5-19 dollar  olan neft markası qısa müddətdə ucuzlaşıb.

ABŞ-da WTI markalı neft də ucuzlaşır. Hazırda iyun fyuçersləri üçün Texas neftinin 1 barreli 10,34 dollar səviyyəsindədir.