“Brent” neftin qiyməti düşdü 

10:23 18.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin yanvar müqaviləsinin dəyəri 2,74% azalaraq, 1 barelə görə 90,32 dollar təşkil edib.

 

Hafta.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 3,8% azalaraq, 82,34 dollara bərabər olub.