“Brent” neftinin qiyməti ilin sonunadək 70 dollara yüksələ bilər

13:56 11.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Brent” markalı xam neftin qiyməti ilin sonuna kimi 70 dollar/barrelə çata bilər.

Bu proqnozla ABŞ-ın üçüncü böyük bankı olan “Citigroup” çıxış edib.

Qeyd edək ki, neft qiymətləri son 2 ilin ən böyük artım tempini nümayiş etdirib. Belə ki, fyuçers müqavilələrində 2019-cu ilin fevral ayından bəri ən artım seriyası qeydə alınıb.

Hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 61 dollardan, “Light” markalı xam neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 58 dollardan baha satılır.