Britaniya 2020-ci ilin mayından bəri ən pis hasilat azalmasını yaşayır

12:12 21.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İngiltərənin istehsal həcmi 2020-ci ilin may ayından bəri ən aşağı səviyyəyə düşüb, The Times yazır.

Qəzetin məlumatına görə, oktyabrda istehsalın on dörd əsas sektorundan on ikisində göstəricilərdə azalma qeydə alınıb.

Lloyds Banking Group-un nümayəndəsinin sözlərinə görə, vəziyyətin səbəbi "daxili problemlər və qlobal tendensiyalar"ın birləşməsidir.

Bundan əvvəl Böyük Britaniyanın baş naziri Rişi Sunak “The Telegraph” üçün yazdığı məqalədə Rusiya Federasiyasının qlobal iqtisadiyyata təsirini minimuma endirməyə kömək edəcək plan təklif etmişdi.