Britaniya bu israilli mühacirlər üçün ölkəyə girişi qadağan edir

17:05 14.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İngiltərə Xarici İşlər Naziri David Cameron, İsrailli 'ekstremist məskunlaşmaçıların' fələstinliləri hədəfə aldığını və öldürdüyünü bəyan edib və bu insanların İngiltərəyə girişini qadağan etdiklərini açıqlayıb.

Kemeron bu gün deyib: "Məskunlaşan ekstremistlər fələstinli mülkiləri hədəfə alaraq və öldürməklə həm israillilər, həm də fələstinlilər üçün təhlükəsizlik və sabitliyə zərbə vururlar. İsrail məskunlaşanların zorakılığını dayandırmaq və günahkarları məsuliyyətə cəlb etmək üçün daha güclü addımlar atmalıdır. Bu qorxulu hərəkətləri aradan qaldırın. Biz məskunlaşanların zorakılığından məsul olanların Böyük Britaniyaya daxil olmasını qadağan edirik".

ABŞ Dövlət Departamenti bu ayın əvvəlində bəyanat verərək, İsrailin işğalı altında olan İordan çayının qərb sahilində zorakılıqlara görə məsuliyyət daşıyan ekstremistlərə viza qadağası elan edib. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller qadağanın “onlarla” ekstremist israilliyə və onların bəzi ailə üzvlərinə təsir edəcəyini bildirib.