Britaniya kralı III Çarlz ona uzadılan Burger King tacını götürmədi

13:25 03.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniya kralı III Çarlza Almaniyaya səfəri zamanı "Burger King tacı" təklif olunub.

Hafta.az-ın People-yə istinadən yazdığına görə, alman reklam agentliyi Grabarz & Partner-in YouTube hesabında paylaşılan videoda paytaxt Berlinə səfər edən Çarlzı görməyə gedən bir şəxs kraldan fastfood şəbəkəsi Burger King tərəfindən menyularlıyla verilmiş karton tacı taxmasını istəyib.

Videoda tacı uzadan adamın "sizə hədiyyəm var. Bu sizin üçündür, təbii ki, istəyirsinizsə" deməsi eşidilir. Kral isə gülümsəyərək “Belə daha yaxşıyam, sağ ol” deyə cavab verir.

Kraliça Kamilla ötən həftə Almaniyaya səfəri zamanı Çarlzı müşayiət edib. Oxşar bir şey Kamilla ilə də olub.

Mart ayında Kraliçanın Çarlzla birlikdə Böyük Britaniyanın Kolçester şəhərinə səfəri zamanı vətəndaşlardan biri ona Burger Kingin karton taclarından birini verib.

Amma Çarlzdan fərqli olaraq, Kamilla təbəssümlə tacı götürüb və deyib: “Ah, çox şirindir, siz çox nəzakətlisiniz".