Britaniya Rusiyanın 18,39 milyard funt-sterlinq dəyərində aktivlərini dondurub

19:19 10.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniyanın Maliyyə Sanksiyalarına Nəzarət Təşkilatı (OFSI) bildirib ki, London fevralın sonundan bəri Rusiyanın 18 milyard funt-sterlinqdən çox aktivini dondurub. Bu barədə idarənin illik hesabatında deyilir.

“OFSI 2022-ci il fevralın 22-dən oktyabrın 20-dək anti-Rusiya sanksiya siyahısında olan şəxslər tərəfindən və ya onların adından saxlanılan 18,39 milyard funt sterlinq məbləğində dondurulmuş vəsait haqqında məlumat verib”, - sənəddə deyilir.

Eyni zamanda, hesabatda qeyd edilir ki, 2021-ci ilin sentyabrında bu məbləğ cəmi 44,5 milyon funt sterlinq olub.