Britaniya Rusiyanın sanksiya qərarını heçə sayır

20:06 16.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Böyük Britaniya siyasətçilərini “qara siyahı”ya saldıqdan sonra London Ukraynaya dəstəyi davam etdirəcəyini bəyan edib.

Hafta.az TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətindən bildirilib.

“Böyük Britaniya və tərəfdaşları Rusiya hökumətinin Ukraynadakı hərəkətlərini yekdilliklə qınayır və Kremli müharibəni dayandırmağa çağırır. Biz Ukraynaya dəstəyimizdə yenə də tam qərarlıyıq”, - məlumatda deyilir.

Qeyd edək ki, Rusiya Britaniyanın Baş naziri Boris Consona və hökumət üzvlərinə qarşı sanksiya tətbiq edib.