Britaniya 2023-cü ildə Ukraynaya hərbi yardım üçün ən azı 2,3 milyard funt-sterlinq (2,63 milyard dollar) xərcləmək niyyətindədi.
“Financial Times” qəzetinin xəbərinə görə, Böyük Britaniyanın Baş naziri Elizabet Trass bu həftə BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı gələn il Ukraynaya 2,3 milyard funt-sterlinqə bərabər və ya ondan daha çox məbləğdə qrant veriləcəyini elan edəcək. O, sentyabrın əvvəlində Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı Kiyevi uzunmüddətli perspektivdə Londonun dəstəyinə arxalana biləcəyinə əmin edib.
Böyük Britaniya Baş nazirin ofisi Londonun ilin əvvəlindən bəri Kiyevə ayırdığı hərbi yardımın həcminin 2,3 milyard funt-sterlinqə (2,8 milyard dollar) çatdığını və bu baxımdan yalnız ABŞ-dan geri qaldıqlarını bildirib. 1,5 milyard funt-sterlinq (1,8 milyard dollar) həcmində iqtisadi və humanitar yardımla bərabər, bu il Birləşmiş Krallığın Ukraynaya ümumi yardımı 3,8 milyard funt-sterlinq (4,6 milyard dollar) təşkil edib.