Britaniya Ukraynaya 3 milyon funt-sterlinq və 35 xüsusi maşın verəcək

12:53 25.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bildirib ki, Böyük Britaniya Ukraynaya ölkənin infrastrukturunun bərpası üçün 3 milyon funt-sterlinq və 35 xüsusi maşın verəcək.

XİN rəhbəri Böyük Britaniyanın baş naziri Rişi Sunakın Kiyevə səfərindən bir neçə gün sonra baş tutan Ukrayna səfəri münasibətilə yeni dəstək paketini açıqlayıb. Onun sözlərinə görə, Britaniya hakimiyyəti ölkəyə daha 35 xüsusi maşın, o cümlədən 24 təcili tibbi yardım maşını və altı zirehli texnika, məktəblər və sığınacaqlar da daxil olmaqla zədələnmiş infrastrukturun bərpası üçün vəsait göndərəcək.

Oxunma sayı 1617