Tibb İşçilərinin Peşə Bayramı qeyd olunub - FOTOLAR

17:54 18.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatında 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.

Hafta.az xəbər verir ki, tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib. O, səhiyyə sahəsində çalışan insanların cəmiyyət üçün mühüm və məsuliyyətli missiya daşıdıqlarını qeyd edərək, onların fədakar əməyinin dövlət tərəfindən daim yüksək qiymətləndirildiyini vurğulayıb.

Səhiyyə işçilərinin əhalinin sağlamlığının qorunması və möhkəmləndirilməsi istiqamətində göstərdikləri xidmətlərin əhəmiyyətindən bəhs olunub.

Tədbirdə ərazi partiya təşkilatlarının sədrləri olan səhiyyə işçiləri Sevinc Vəliyeva, Elxan Nağıyev, Telman Həsənov və Xaliq Hüseynov, ərazi partiya təşkilatlarının sədr müavinləri Ceyhun Allahverdiyev və Şəhla Quliyeva çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Sonra rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup səhiyyə işçisinə fəxri fərmanlar təqdim olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Nəsimidə Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub - FOTOLARNəsimidə Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub - FOTOLARNəsimidə Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub - FOTOLARNəsimidə Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub - FOTOLARNəsimidə Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub - FOTOLARNəsimidə Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub - FOTOLARNəsimidə Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub - FOTOLARNəsimidə Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub - FOTOLAR