Britaniyada zənginlər üçün vergilər artırılır

20:25 17.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Britaniya hakimiyyəti varlılar üçün vergiləri ciddi şəkildə artırmağa hazırlaşır. Bu barədə Bloomberg agentliyi ölkənin maliyyə naziri Ceremi Hantın parlamentdə çıxışına istinadən xəbər verir.

Nəşr qeyd edir ki, Britaniya büdcəni sabitləşdirmək və əhalinin həssas təbəqələrini qorumaq üçün pul tapmaq məqsədilə varlılardan vergiləri əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.

Nəşrin məlumatına görə, indi 45%-lik vergi illik 125,14 min funt sterlinqdən çox qazananlara şamil ediləcək. Əvvəllər bu məbləğ 150 min funt sterlinq səviyyəsində idi.Eyni zamanda, yoxsul ailələrə yardım üçün tədbirlər hazırlanıb. Söhbət sosial müavinətlərin indeksləşdirilməsindən, minimum əməkhaqqının artırılmasından və sosial mənzillərin kirayə qiymətlərinin artımının məhdudlaşdırılmasından gedir.