BŞTİ məktəblilərin davasına münasibət bildirib

12:59 15.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"14 fevral tarixində Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən 116 nömrəli məktəbin iki nəfər X sinif şagirdi (müvafiq səbəblərə görə şagirdlərin adı qeyd olunmur) arasında dərsdən sonra mübahisə və münaqişə yaranıb".

Bu barədə hafta.az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən xəbər verilib.

Bildirilib ki, münaqişə zamanı heç bir şagird xəsarət almayıb və hər iki şagird bu gün dərsdə iştirak ediblər:

"Məsələ ilə bağlı münaqişədə iştirak edən şagirdlərdən izahat alınıb və valideynləri məktəbə çağrılıb. Eyni zamanda məktəbə hüquq mühafizə orqanlarının da nümayəndələri dəvət olunub" - deyə qeyd olunub.