Yazını böyüt
Yazını kiçilt
Abşeron DOST Mərkəzinin açılması ilə regional proqramımıza start verdik. Növbəti mərkəzlər üzrə işimiz davam etməkdədir.
Hafta.az xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov deyib. O bildirib ki, yaxın zamanda layiləndirilməsi bitmiş bir neçə mərkəzin tikintisi planlaşdırılır:
"Bunlar Bərdə, Quba, eyni zamanda iri şəhərlərimiz olan Sumqayıt və Gəncədə açılacaq. Həmçinin Şəki, Sabirabad, Masallıda da bu istiqamətdə işlər aparılır. İşğaldan azad edilmiş rayonlarımızda da Dost Mərkəzlərinin açılışı planlaşdırılır."