Bu cərimənin məbləği artırılır

12:34 07.10.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik müzakirəyə çıxarılıb.

Hafta.az xəbər verir ki, dəyişikliyə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan aparılmasına görə cərimənin miqdarı artırılır.

Cərimə məbləğinin 2 min manatdan 3 manatadək artırılması təklif olunur. İndiyə qədər isə bu halda vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilirdi. Müzakirələrdən sonra dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə edilib.