Bu dəfə Azərbaycanın Ermənisatana cavabı başqa cür olmalıdır - Həvva Məmmədova

19:05 26.08.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Ermənistan başqa dövlətlərin himayədrlığı, havadarlığı  ilə təxribatlarından əl çəkmir, guya ki, Qarabağda yenidən nəyəsə nail olmaq fikrinə düşüblər. Belə davam edərsə, Ermənistan Azərbaycanın Dəmir Yumruğunun gücünü yenidən hiss etməlidir. Bəlkə onda özlərinə gələrlər”.

Bunu keçmiş deputat Həvva Məmmədova hafta.az-a sərhəddə baş verən hadisələrlə bağlı Azərbaycanın Gorus-Qafan yolunu bağlaması əsnasında verdiyi açıqlamasında bildirib.

Qeyd edək ki, 25 avqustda Gorus-Qafan yolunun Qubadlı rayonu yaxınlığında yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının əsgəri erməni diversantları tərəfindən soyuq silahla hücuma məruz qalıb. Azərbaycan Gorus-Qafan yolunu bağlayıb.

H.Məmmədova bildirib ki, ölkə başçısı 44 günlük müharibədə dəfələrlə Ermənistana müraciət edərək əsgər analarını öz özvladlarını heç nədən müharibəyə göndərib qırğına verməməyə çağırdı. 

“Ölkə başçısı regionda iqtisadi inkişafa nail olmaq üçün bütün imkanlarını səfərbər edir və Ermənistanı da sülhə gələrək müəyyən layihələrə qoşulmağa dəvət edir. Lakin Ermənistan sülh çağırışına cavab vermir. Və bu gün 10 illərlə özünə gəlməyəcək bir duruma düşüb. Müharibə qurtardı və üçtərəfli saziş bağlansa da Ermənistan öz xalqını müharibəyə sürükləyir.  Ermənistan belə revanşist hərəkətlər etsə də heç nəyə nail ola bilməyəcək”.

H.Məmmədova eyni zamanda son vaxtlar Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərinin atıcı silahlardan atəşə tutmasını da növbəti təxribat adlandırdı. 

“Ermənistan özünə gəlmir. Bu dəfə Azərbaycanın Ermənistana cavabı başqa cür olmalıdır. Artıq Ermənistan nə millətinin, nə əsgərinin qədrini bilmir. Öz əsgərini zincirə bağlayan ölkədən nə gözləmək olar”.