Bu dəfə qayda pozan xanımlar mükafatlandırıldılar

23:00 07.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hər il olduğu kimi, bu il də 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Bakıda reyd keçirib.

Hafta.az xəbər verir ki, yol polisi paytaxtda qayda pozan istər piyada hərəkət edən, istərsə də, avtomobil idarə edən xanımları saxlayıb.

Bu dəfə zərif cinsi nümayəndələrinə inzibati protokol tərtib olunmayıb, bunun əvəzində onlara müxtəlif hədiyyələr təqdim edilib.

Ötən illərdən fərqli olaraq, bu il aksiyaya “Bu şəhərdə” komandasının üzvləri, Əməkdar artistlər Rafael İsgəndərov, Coşqun Rəhimov və Müşfiq Abbasov da qoşulublar.