Bu gün Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçıları görüşəcək

10:00 23.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Türkiyənin paytaxtı Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

 

Bu barədə hafta.az-a Xarici İşlər Nazirliyinə istinadən bildirir.

 

Görüşlər zamanı ölkələr arasındakı əlaqələr, regional məsələlərə dair son proseslər və əməkdaşlığın daha da yaxşılaşdırılması üçün atıla biləcək addımların ikitərəfli və üçlü formatda müzakirəsi planlaşdırılır.