Bu gün “Bakı bəyannaməsi” imzalanacaq

09:38 27.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Türkiyə, Azərbaycan və Pakistan parlamentlərinin sədrləri Mustafa Şentop, Sahibə Qafarova, Əsəd Qayserinin üçtərəfli görüşü keçiriləcək.

 

Hafta.az xəbər verir ki, görüşdən sonra “Bakı bəyannaməsi” imzalanacaq.

 

Üçtərəfli toplantından əvvəl Mustafa Şentop Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edəcək.

 

İyulun 28-də Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

 

Qeyd edək ki, Mustafa Şentop səfər çərçivəsində Füzuli və Şuşa şəhərlərinə səfər edəcək.

Oxunma sayı 565
Siyasət rubrikasından digər xəbərlər