Bu gün II ixtisas qrupa əbul imtahanı keçirilir

09:00 07.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

7 iyul 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir. Bu gün III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə də imtahan keçirilir.

DİM-dən hafta.az-a verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunur.

İmtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

 

 

 

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda 67 imtahan binası, 1177 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 67 ümumi imtahan rəhbəri, 195 imtahan rəhbəri, 1474 nəzarətçi–müəllim, 167 buraxılış rejimi əməkdaşı, 67 bina nümayəndəsi ayrılıb.

İmtahanda 15736 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 14287 nəfər Azərbaycan, 1449 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 8935 nəfəri oğlan, 6801 nəfəri isə qızdır. 13691 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 1792 nəfər əvvəlki illərin məzunudur. 11 nəfər ali təhsil müəssisələrinin, 242 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 48 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1964-cü ildən, ən gənci isə 2007-ci ildəndir.

İmtahanda 14 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

İmtahanın gedişini işıqlandırmaq üçün regionlar da daxil 19 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.

Oxunma sayı 273
Sosial rubrikasından digər xəbərlər