Bu gün parlamentdə iclaslar olacaq

10:14 19.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Milli Məclisdə komitə iclaslarının keçirilməsi gözlənilir.

 

Hafta.az xəbər verir ki, parlamentin Regional məsələlər və İnsan hüquqları komitələrinin iclasları olacaq.

 

İclaslarda komitələrin 2021-ci ilin yaz sessiyası üçün iş planı müzakirə ediləcək.

 

Qeyd edək ki, dünən parlamentin Elm və təhsil komitəsinin yaz sessiyası üçün ilk iclası keçirilib.

 

Yanvarın 15-də isə parlamentin Hüquq siyasəti və dövlət qurucluğu komitəsinin iclası baş tutub.