Bu gün Sabunçu, Xətai və kənd Əhmədlinin bir hissəsi qazsız qalacaq

08:06 26.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün paytaxtın bir neçə ərazisində təbii qazın verilişində fasilə yaranacaq.

Hafta.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, saat 10:00-dan etibarən Sabunçu rayonu üzrə Kürdəxanı kəndinin, T.Adıgözəlov, M.Sənani, G.Qurbanova və Ə.Məlikov küçələrinin, Xətai rayonu üzrə isə M.Hadi, Şirvani, Qaçaq Nəbi küçələrinin və kənd Əhmədlinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.