Bu gündən yerə siqaret kötüyü atanlar yandı: 750 manatadək cərimə olunacaqlar

09:29 31.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bolu Bələdiyyəsi bütün şəhərdə təmizliyi artırmaq üçün radikal bir qərar verdi. Bundan sonra Boluda küçə və prospektlər, səkilər, parklar daha təmiz olacaq. Bələdiyyə siqaret kötüklərinin və zibillərin təsadüfi atılmasının qarşısını almaq üçün ciddi cərimələr tətbiq edib.

Hafta.az-ın yazdığına görə, xüsusən də kafe və restoran kimi müəssisələrin qarşısında siqaret kötükləri varsa, bu vəziyyətə görə iş sahibləri məsuliyyət daşıyacaq. Bolu Bələdiyyə Başçısı Tanju Özcanın sosial media hesabından verdiyi açıqlamaya görə, tədbir keçirildiyi yerin önündə belə bir hal aşkar edilərsə, müəssisələr cərimələnəcək.

Bələdiyyə sədri Özcan açıqlamasında bildirib ki, Bolu son 5 ildə Türkiyənin ən təmiz şəhərlərindən birinə çevrilib və bundan sonra daha təmiz olacaq.

Bələdiyyə sədri “Bu gündən küçə və prospektlərə, səkilərə və parklara günəbaxan tumu qabığı, siqaret kötüyü və ya zibil atanlara ayrı-seçkilik qoyulmadan 593 lirədən 14407 lirəyədək inzibati cərimələr tətbiq olunacaq. Heç kim “xəbərdarlıq etmədiniz”deməsin” deyə xəbərdarlıq edib.