Bu həkimlərə maaşdan əlavə pul veriləcək 

16:11 06.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb.

Hafta.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2026-cı il iyulun 1-dək uzadılıb.