Bu il XII sinfi neçə şagird bitirir?

11:35 07.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərin buraxılış siniflərini 72 782 şagird bitirir.

İdarədən verilən xəbərə görə, 2023-2024-cü tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 43 664, XI siniflərini 28 993, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 125 nəfər bitirir.

Eyni zamanda paytaxtda 42 70 nəfər I sinfi başa vurur.

Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 29 767 müəllim fəaliyyət göstərir, 505 372 şagird təhsil alır.

2023-2024-cü tədris ilində paytaxt üzrə 274 ümumi təhsil məktəbində fəaliyyət göstərən 971 məktəbəhazırlıq qrupuna 21 530 uşaq cəlb olunub.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 691 təhsil müəssisəsi fəaliyyət göstərir.