Hindistandan Rusiyaya ETİRAZ

14:19 21.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hindistan Rusiyanın müvəqqəti işlər vəkili Vladimir Ladanovu Xarici İşlər Nazirliyinə çağırıb. 

Hafta.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi açıqlama yayıb. 

Qeyd olunur ki, Rusiyanın Ukrayna limanından yola düşən Qara dəniz yük gəmisinə endirdiyi raket zərbəsi nəticəsində Hindistanın dörd vətəndaşı həlak olub.

Məlumata görə, Ladanovdan Hindistanın ciddi narahatlıqlarını çatdırması xahiş olunub və kommersiya gəmiçiliyinə edilən hücumların və nəticədə mülki şəxslərin itkilərinin "qəbuledilməz" olduğunu bildirib.