Bu ölkədə maska tələbi ləğv olundu

10:55 13.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şimali Koreyada koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən maska ​​rejimi və sosial məsafənin qorunması tələbi ləğv edilib.

 

Hafta.az xəbər verir ki, bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

 

Məlumata əsasən, sərhədyanı rayonlarda sözügedən ehtiyat tədbirləri qüvvədə qalır. Bundan əlavə, xəstəliyin simptomları zamanı maskadan istifadə tövsiyə olunur.

 

Qeyd edək ki, bir neçə gün öncə Şimali Koreya lideri Kim Çen In ölkəsinin koronavirus üzərində qələbə qazandığını elan etmişdi.

Oxunma sayı 194