Bu ölkədə TikTok-a qadağa qoyulacaq

14:38 30.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qırğızıstanda TikTok-a qadağa qoyulacaq.

Hafta.az xarici KİV-lərə istinadən xəbər verir ki, Qırğızıstan Mədəniyyət, İnformasiya, İdman və Gənclik Siyasəti Nazirliyi ölkədə TikTok-un fəaliyyətinin dayandırılması ilə bağlı qərar verdiyini açıqlayıb.

Məlumata görə, qərarın qanunvericilik çərçivəsində reallaşması üçün artıq Rəqəmsal İnkişaf Nazirliyinə müraciət göndərilib.

 

Mədəniyyət Nazirliyindən bildirilib ki, bir sıra qeyri-hökumət təşkilatlarından uşaqların psixi inkişafına və sağlamlığına mənfi təsir göstərən “TikTok” sosial şəbəkəsinin zərərli təsirləri ilə bağlı şikayətlər artıb.