Bu qurumun adı dəyişdirilir - SƏRƏNCAM

14:01 26.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adı dəyişdirilir.

Hafta.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı adlandırılacaq.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.