Bu rayonlara qar yağıb - VİDEO

13:10 22.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.

Hafta.az-ın məlumatına görə, qarın hündürlüyü Qubanın Qrız kəndində 25, Xınalıqda 17, Xaltanda 13, Qusarın Yasab kəndində 15, Xızının Altıağac qəsəbəsində isə 6 santimetrə çatıb. Quba rayon mərkəzində isə 5 santimetr qar var.

Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Burda havanın temperaturu mənfi 8 dərəcəyədək enib.

Gecə saatlarında Qəbələ rayonunda da qarlı hava müşahidə edilib.