Bu yolda hərəkət məhdudlaşdırılır

17:29 19.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

20 may saat 08:00-dan saat 22:00-dək Bakı şəhəri Azadlıq prospektinin yan yolunda (Ziya Bünyadov prospektindən Nəcəf Nərimanov küçəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə hafta.az-a AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.