Bu yollarda sıxlıq yaranıb - SİYAHI

09:00 30.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Hafta.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə olunan yolların siyahısını təqdim edir:

1. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Akademik Həsən Əliyev küçəsi istiqamətində;

4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.