Bu yollarda tıxac var - SİYAHI

09:00 29.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Hafta.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən hazırda sıxlıq müşahidə olunan yolların siyahısını təqdim edir:

1. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

2. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;

3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

4. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

5. "20 Yanvar" dairəsində;

6. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

7. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.