Butan Krallığının Baş naziri Azərbaycana səfərə gəlib

23:10 10.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Butan Krallığının Baş naziri Tişerinq Tobqay BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 10-da Azərbaycan Respublikasına səfərə gəlib.

Hafta.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.