Sivilizasiya modellərini proqnozlaşdırmaq üçün nəzərdə tutulmuş World One superkompüteri bəşəriyyətin yoxa çıxmasının nə vaxt baş verəcəyini hesablayıb. Рфаеф,фя Britaniyanın “The Daily Star” nəşrinə istinadən xəbər verir ki, 1970-ci illərdə Roma Klubunun sifarişi ilə yaradılan maşının hesablamalarına görə, sivilizasiyanın dağılması 2050-ci ildə baş verəcək.
Qeyd olunur ki, dünyanın sonunun səbəbkarı insanların fəaliyyəti, xüsusən də ətraf mühitin çirklənməsi və onun mənfi nəticələri olacaq.
“Təxminən 2040-cı ildən 2050-ci ilə qədər bu planetdə bildiyimiz kimi sivil həyat öz mövcudluğunu dayandıracaq”, - proqnozda deyilir. Hətta "ekoloji cəhətdən təmiz" avtomobillərə tam keçid və ciddi doğum nəzarəti vəziyyəti yaxşılığa doğru düzəldə bilməz.
Nəşr xatırladıb ki, World One-ın 2020-ci il üçün proqnozu planetin vəziyyətinin “son dərəcə kritik” olacağını iddia edib.