“Bütün müstəvilərdə prinsiplərimizə sadiq qalacağıq” - Əlcəzairin xarici işlər naziri

09:33 31.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

BRİCS-in Əlcəzairin üzvlüyünü rədd etməsi ilə bağlı ilk rəsmi şərh Əlcəzairin xarici işlər naziri Əhməd Attafdan gəlib.

Hafta.az-ın yazdığına görə, BRİCS ölkələrinin “dost və müttəfiq ölkələr” olduğunu ifadə edən Attaf, "BRICS qrupuna qoşulma tələbinin məqsədi Əlcəzairin xarici siyasətinin ən mühüm mövzularında ortaq addımlar atmaq idi" deyib.

Attaf, dünən keçirilən mətbuat konfransında, beynəlxalq münasibətlərin çoxqütblü prinsipini və çoxtərəfli əməkdaşlığın yenidən qurulmasını müdafiə edən Əlcəzairin, Qoşulmama Hərəkatı və digər çərçivələrdəki müttəfiqləri ilə prinsiplərini qorumağa davam edəcəyini söyləyib.

Xaırladaq ki, ötən cümə axşamı Yohannesburqun ev sahibliyi etdiyi sammitdə BRİKS qrupunun qurucu ölkələri Əlcəzairin üzvlüyünə səs verməyiblər.